CAVAN HEYVANLARIN SALMONELYOZU (PARATİFİ)

A+
A
A-

 

 

 

Salmonelyozlar (paratiflər) - Salmonellosis - kənd təsərrüfatı heyvanlarının cavanlarının yoluxucu xəstəlikləri olmaqla, yüksək hərarət, pnevmoniya və bağırsaq pozğunluqları ilə səciyyələnirlər.

Törədicisi. Buzovların və kəlçələrin salmonelyozunun törədicisi S.enteritidis - in dublin variantı, bəzən S.tuphi murium və nadir hallarda isə salmonellalärın digər seroloji tipləridir. Quzuların salmonelyozunun əsas törədicisi S.abortus ovis və istisna hallarda isə S.tuphi murium, çoşqalarda S.choleraesuis və onun variantları, bəzən S.dublin, dayçalarda S.abortus ovis equi-dır.

Salmonella qrupunun bütün nümayəndələri morfoloji cəhətdən fərqlənmirlər. Onların hamısı kiçik olmaqla, ucları yumru, polimorfdurlar. Mikroblar anilin boyaları ilə yaxşı boyanmaqla, Qram mənfidirlər. Spor və kapsula əmələ gətirmirlər.

Antigenlik xüsusiyyətlərinə görə salmonellalar çox müxtəlifdir. Salmonellaların seroloji təfriqi O və N monoreseptor serumların köməyi ilə cisim şüşəsi üzərində aqqlyutinasiya reaksiyası vasitəsilə aparılır.

Salmonellanın cavanlarda xəstəlik əmələ gətirən bütün tipləri isidilməyə çox davamlıdırlar. 70-75°C-də 15-30 dəqiqə qalırlar. Peyində, nəcisdə və suda aylarla yaşayırlar. Dezinfeksiya vasitələri (natrium qələvisinin 3%-li məhlulu, xlorlu əhəng, tərkibində 2% fəal xlor olan məhlulu, ksilonaftin 5%-li emulsiyası, birxlorlu yodun 5%-li məhlulu) yoluxmuş binanı bir saata zərərsizləşdirir.

Qeyd etmək lazımdır ki, salmonellaların toksiki məhsulları insanlar üçün də zərərlidir. İnsanlar arasında toksikoinfeksiya salmonellalarla yoluxmuş ət və ət məhsullarının yeyilməsi ilə əlaqədar insan orqanizminə bakteriyaların termostabil endotoksiniərinin daxil olmasının nəticəsidir.

Epizootologiyası. Buzovlar əsas etibarı ilə 10-60 günlükdə, quzular ilk günlərdə, çoşqalar ilk günlərdən 4 aylığa qədər, çox vaxt isə anadan ayrılandan sonra xəstələnirlər. Buzov, kəlçə, quzu və çoşqalar alimentar yolia yoluxurlar. Dayçaların salmonellyozu sporadiki keçir. Onlar əsas etibarilə ana bətnində yoluxurlar və bu paratifoz balasalma ilə əlaqədardır.

Əsas infeksiya mənbəyi xəstə heyvanlardır. Xəstəliyi keçirmiş heyvanlar patogen mikrobu aykrla kal vasitəsilə yayırlar.

Klinik əlamətləri. Buzovlarda xəstəlik iti və xroniki keçir. Xəstəliyin iti gedişində bədən hərarəti 40-41°S və daha da yüksək olur, ürək fəaliyyəti pozulur, tənəffüs tezləşir. İlk günlərdə serozlu konyuktivit müşahidə olunur. Buzov çox vaxtı uzanır, süst olur, həvəssiz qalxır. İştaha pozulur, gah əmir, gah da tamamilə əmməkdən imtina edir. Adətən 3-cü gün, bəzən də tez bağırsaq pozğunluğu başlayır, kal duru olmaqla, onda çoxlu selik olur, pis iy verir, bəzən də tərkibində qaz qabarcıqları görünür. Xəstəliyin ağır gedişində böyrəklər zədələnir, sidik ifrazı çətinləşir və ağrılı olur. Ağır hallarda nişanələr güclənir, yüksək hərarət davam edir, buzov qalxmır, süst olur və 5-10-cu gündə tələf olur. Yüngül formalı ishal dayanır, hərarət tədricən normaya düşür, heyvan sağalır, yaxud xəstəlik xroniki formaya keçir. Bu vaxt mədə-bağırsaq pozğunluğu da düzəlir. Lakin tənəffüs aparatının zədələnməsi nişanələri baş verir. Burundan selikli, selikli-irinli maye axır, öskürək başlayır, pnevmoniya əlamətləri güclənir. Hərarət yenidən qalxır, burun axıntısı irinli olur. Bəzən oynaqların iltihabı müşahidə olunur. Heyvan tədricən arıqlayır və müalicə etmədikdə tələf olur.

Nadir hallarda xəstəlik yüngül abortiv formada keçir. Heyvan süstləşir, iştahı azalır, hərarət azca yüksəlir. Xəstəlik bir neçə gün davam etdikdən sonra heyvan sağalır.

Quzular çox vaxt doğulandan sonra ilk günlərdə xəstələnirlər. Xəstəlik başqa növ heyvanlardakı kimi septiki halda başlayır: quzu əmməkdən qalır, süst olur, tez-tez və ağır nəfəs alır, hərarət 41-42°C-yə qalxır. İlk günlərdən ishal başlayır, duru sarımtıl ifrazatda qan zolaqları olur və körpə quzu 3-5 günə ölür. Bir qədər yaşlı (1-2 həftəlik) quzularda xəstəlik az iti gedir. Hərarətin qalxması və ishala öskürək də qarışır, burundan selikli-irinli maye axır, oynaqlar şişir. Müalicə etmədikdə sağalma nadir halda olur.

Çoşqalarda xəstəlik iti, yarımiti və xroniki keçir. Körpələrdə əksər hallarda iti forma, anasından ayrılmış çoşqalarda isə xroniki forma müşahidə edilir.

Dayçalar ana bətnində yoluxduqlarına görə xəstə doğulurlar. Onlar çox vaxtı uzanır, çətin qalxır və anasının əmcəyinə yaxınlaşmırlar. Hərarət 40°C və yüksəyə qalxır, tənəffüs tezləşir və gərgin olur. Bir-iki gündən sonra ishal başlayır, dayça zəifləyir və bir neçə gündən sonra ölür. Bir qədər yaşlı dayçalarda göstərilən əlamətlərə artrit də qarışır. Yüngül formada dayçalar ləng sağalır. Onlar inkişafdan qalır, uzun çəkən artritlər oynaqların deformasiyasına səbəb olur.

Patoloji-anatomik dəyişikliklər. Bütün növ cavanların iti keçən salmonellyozunda əsas dəyişikliklər qarın boşluğunda baş verir. Belə ki, dalaq kəskin böyüyür, kapsula altında qan sağıntıları görünür, mədənin selikli qişası şişkinləşir, qızarır və qan sağıntıları olur. Nazik bağırsağa qaz toplanır, müsariqə limfa vəziləri böyüyür və qızarır. Yoğun bağırsaqda kəskin dəyişikliklər çoşqalarda müşahidə olunur. Epi-və endokardda, plevrada qan sağıntıları aşkar olunur.

Yarımiti və xroniki formalarda cəsəd arıq olur. Çoşqalarda çox vaxtı qarının aşağı divarının və qulağın dibinin dərisi göyərir. Zədələnmiş oynağı əhatə edən birləşdirici toxuma şişkinləşir, oynağa fibrinozlu boz maye toplanır. Yoğun bağırsağın divarları qalınlaşır, səthi difteriki çöküntü ilə örtülür, qopartdıqda yerində yara əmələ gəlir. Limfa vəziləri nekrotiki iltihaba uğrayır. Buzov və çoşqalarda qaraciyərdə nekroz düyünləri olur.

Xroniki gedişdə bütün növ cavanlarda pnevmoniya müşahidə olunur. İltihab sahələri boz qırmızı, yaxud tünd qırmızı rəngdə olmaqla bərkiyir, plevranın altında ölçüsü darıdan noxud böyüklüyünə qədər olan irin ocaqları görünür.

Diaqnoz. Xəstəliyin epizootoloji gedişinə, klinik nişanələrinə, patanatomiki dəyişikliklərə və laboratoriya müayinələrinin nəticələrinə əsasən diaqnoz qoyulur.

Xəstəliyi toksiki dispepsiyadan, kolibakteriozdan, dizenteriyadan, taundan, streptokokkozdan, koksidiozdan təfriq etmək lazımdır.

Mübarizə tədbirləri və profilaktika. Xəstələrin müalicəsi üçün antibiotiklərdən, furazolidondan, baytrildən, sulfanilamid prepatarlarından onlarm təlimatlarına müvafiq istifadə olunur. Axırıncılar əsas etibarilə salmonellyoz kokk infeksiyaları ilə qarışıq gedəndə yaxşı səmərə verir.

Cavanların salmonellyozları ilə mübarizədə cütləşmənin düzgün aparılması və boğaz heyvanların keyfiyyətli yemləndirilməsi vacib məsələdir. Vaxtından əvvəl cütləşdirmə zəif, diri çəkisi az, xəstələnməyə meylli balaların doğulmasına səbəb olur. Sağlam olmayan təsərrüfatlarda profilaktiki məqsədlə antibiotiklərin və digər prepatarların işlədilməsi vacibdir. Körpələri və boğaz anaları fəal peyvənd etmək yaxşı nəticə verir. Vaksinləri onların təlimatlarına uyğun işlətmək lazımdır. Salmanellyoz əleyhinə boğazlığın axır aylarında vaksinasiya aparmağın əhəmiyyəti böyükdür, bu halda immun cisimlər kolostral yolla balaya ötürülür və onları törədicidən müəyyən müddətə qoruyurlar.

Zəyli formal vaksin buzovlarda dərialtına 3-5 gün fasilə ilə iki dəfəyə ilk günlükdə tətbiq edilir.

Boğaz inəklər doğuma 50-60 gün qalmış 8-10 gün fasilə ilə iki dəfəyə 5-10 ml miqdarında vaksinasiya edilirlər.

Coşqaların 5-8 gün fasilə ilə iki dəfəyə 4-5 ml doza ilə peyvənd edilməsi məsləhətdir,

Bundan başqa çoşqaları və donuzları PPD (paratif, pasterelyoz və diplokokkozəleyhi) vaksini ilə də immunlaşdırmaq olar. Çoşqalara bu vaksin 20-30 günlükdə 5-7 gün fasilə ilə 4-5 ml doza ilə tətbiq edilir. Analar isə doğuma 15-20 gün qalmış 5 gün fasilə ilə peyvənd edilirlər. TC-177 ştammından hazırlanmış quru-diri vaksin kliniki sağlam donuzlara dərialtına vaksinasiya edilir.

Quzular xəstəlik əleyhinə polivalent formal tiomersan vaksinlə iki dəfə 7-10 gün fasilə ilə, qoyunlar mayalanmadan qabaq 2 dəfə, daha sonra isə doğuma 1,5 ay qalmış üçüncü dəfə peyvənd edilir. Bunlarla yanaşı təsərrüfatda vaxtaşırı mexaniki təmizlik və dezinfeksiya tədbirlərinin aparılması, infeksiyanın yayılmasında xəstəliyi keçirmiş cavanların və bakteriyadaşıyıcı yaşlı heyanların rolunu nəzərə alaraq onların seroloji üsulla aşkar edilməsi vacibdir.

 

01.02.2017
1235

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər