“Beynəlxalq tibbi sanitar qaydaları (btsq) və baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsində (bxfq-pvs) ölkənin perspektivləri, heyvan və insan sağlamlığı sektorlar arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair” milli seminarın Press-Relizi

A+
A
A-

 

 

Mart 13-14-də Bakıda "Beynəlxalq Tibbi Sanitar Qaydaları (BTSQ) və Baytarlıq Xidmətlərinin Fəaliyyətinin Qiymətləndirməsində (BXFQ-PVS) ölkənin perspektivləri, heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair" milli seminar keçirləcək.

Seminar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin ev sahibliyi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbirdə BEB-in, ÜST-in nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin və aidiyyəti qurumların əməkdaş və ekspertləri iştirak edirlər.

İki gün davam edəcək seminarın başlıca məqsədi insan (BTSQ monitorinqi) və heyvan sağlamlığı (PVS yol missiyası) sahəsində aparılmış qiymətləndirmələrin nəticələri, səhiyyə və heyvan sağlamlığı üzrə xidmətlərdə fikir mübadiləsi imkanları və əlaqələrin daha da genişləndirilməsindən ibarətdir.

Seminarda toplantının konteksti və gözlənilən nəticələr, BEB-ÜST əməkdaşlığı və perspektivləri, heyvan və insan sağlamlığı sistemləri arasında sektorlararası əməkdaşlıq, yanaşmalardan əldə olunan nəticələr, Azərbaycanda BEB-in PVS yolu və digər mövzularda məruzələrin dinlənilməsi, eləcə də ÜST-in, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

12.03.2013
560

Nəşrlər

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

Bannerlər