Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 12

A+
A
A-

 

Bakı şəhəri, 22 yanvar 2015-ci il

 

"Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 293; 2009, № 1, maddə 34; 2014, № 7, maddə 934) ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə "trixinelyoz" sözündən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

"şmallenberq virusu.".

2. 2-ci hissədə "kontagioz plevropnevmoniya" sözlərindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"yoluxucu nodulyar dermatit.".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

22.01.2015
548

Nəşrlər

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

Bannerlər