Ölkənin epizootik durumuna nəzarət davam etdirilir

A+
A
A-

 

 

Hazırda Azərbaycan Respublikasının epizooik durumunu stabil saymaq olar. Bu stabilliyin bundan sonra da təmin edilməsi üçün ölkəmizdə iti yoluxucu xəstəliklərə qarşı vaksinasiya tədbirləri aparılır. Aparılan tədbirlər "Epizootiya təbir"lər planına müvafiq həyata keçirilir.

***

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə «Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 07 mart tarixli 65 saylı qərarı ilə təsdiq edilmişdir (Nazirlər Kabinetinin 22 yanvar 2015-ci il tarixli 12 saylı qərarı ilə əlavə olunmuşdur) .

Həmin qərara uyğun olaraq adları aşağıda qeyd olunan heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilir:

Dabaq, qarayara, quduzluq, vərəm, brusellyoz, xırdabuynuzlu heyvanların çiçəyi, leptospiroz, donuzların klassik taunu, quşların nyukasl xəstəliyi, atların manqosu, şmallenberq virus, yoluxucu nodulyar dermatit.

Adları bu siyahıda çəkilməyən heyvanların xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi yalnız sahibkarın maliyyə vəsaiti hesabına aparılır. Onu da qeyd edək ki, respublika ərazisində əvvəllər qeydə alınmamış və adları yuxarıdakı siyahıda çəkilməyən xüsusi təhlükəli xəstəliklər baş verdikdə bütün baytarlıq tədbirləri kompleksi büdcə vəsaiti hesabına aparılır.

Bu gün Azərbaycan Respublikasında adları yuxarıda göstərilən heyvanların xüsusi təhlükəli xəstəliklərinə qarşı aparılan tədbirlərin və müayinələrin səmərəliliyini, effektivliyini təmin etmək üçün rayonlar üzrə bütün növ kənd təsərrüfatı heyvanlarının və quşlarının baş sayı müəyyənləşdirilərək epizootik tədbirlər planı hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasında təsdiq edilir. Bundan sonra tədbirlər planı icra edilmək üçün rayon, şəhər baytarlıq idarələrinə göndərilir. Baytarlıq idarələri isə həmin planı müvafiq icra hakiməyyətlərində təsdiq etdirərək, sahə baytarlıq məntəqələrinin əhatə etdiyi kəndlərdə, fermer təsərrüfatlarında saxlanılan kənd təsərrüfatı heyvanlarının və quşlarının baş sayına uyğun tədbirlər planı tutur və onun icrasına nəzarət edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootik tədbirlər planında nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd vasitələri ilə yerli baytarlıq idarələrini təmin etməklə həm də onların fəaliyyətlərinə nəzarət edir. Mütəmadi olaraq rayon (şəhər) baytarlıq idarələri aparılan epizootik tədbirlər haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə xüsusi təsdiq olunmuş formalar vasitəsi ilə məlumat verir.

Yerlərdən epizootik tədbirlər barədə verilən məlumatlar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində aylıq, rüblük, illik müzakirə edilir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, yəni Beynəlxalq Epizootik Büronun üzvi olmaqla bir sıra beynəlxalq təşkilatlarla mütəmadi əməkdaşlıq edir.

 

 

31.03.2017
706

Nəşrlər

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

Bannerlər