BRADZOT

A+
A
A-

 

 

İti gedişli yoluxucu xəstəlikdir. Şirdanın və onikibarmaq bağırsağın selikli qişasının və parenximatoz orqanların hemorroji iltihabı ilə səciyyələnir.

Törədicisi. Anaerob mikroblardır, spor əmələ gətirdikləri üçün ətraf mühitin mənfi təsirlərinə çox davamlıdırlar.

Əsas törədicilər cl.septicum və cl.oedematiens-in A tipidir. Bunlardan başqa cl.sordelli və cl.oedematiensin B. tipi də xəstə heyvanların orqan və toxumalarından ayrılır.

Cl.septicum hərəkətli, qram üsulu ilə müsbət boyanan, subterminal sporlara malik, uzunluğu 4-5 mkm olan mikrobdur, yaxmalarda sap şəklində görünür. Kitt-Tarotsi mühitini qaz əmələ gətirməklə bulandırır. Maye qidalı mühitlərdə ekzotoksin, qanlı aqarda hemoliz zonası, bərk qidalı mühitlərdə isə kənarları nahamar yarımşəffaf koloniyalar yaradır. Bioloji xassələrinə görə cl.oedematiens cl.septicumla oxşarlıq təşkil edir.

Epizootologiyası. Təbii halda yaşından və cinsindən asılı olmayaraq (lakin qeyd olunmalıdır ki, 2 yaşa qədər qoyunlar daha intensiv yoluxurlar) bütün qoyunlar törədiciyə həssaslıq göstərirlər. Xəstəlik epizootiya şəklində baş verə bilir. Xəstəlik ilin bütün fəsillərində müşahidə olunur, lakin yazda və payızda daha çox rast gəlinir.

Xəstəliyin mənbəyi xəstə, o cümlədən bakteriyadaşıyıcı heyvanlar hesab olunur. Mikroblarla çirklənmiş ətraf mühit obyektləri, xüsusən yem və su, otlaq sahələri törədicinin keçirilməsində böyük rol oynayırlar. Bradzot daha çox kök, az hərəkətli qoyunlarda baş verir. Xəstəlik intensiv yayıldıqda, sürünün 30-35%-i yoluxur, ölüm 90- 100%-dək yüksəlir.

Klinik əlamətləri. Qoyunların bradzotu adətən ildırımvari və iti gedişlidir. Xəstəliyin ildırımvari gedişli forması zamanı ölüm qəflətən baş verir. Səhərlər sürüdə bir gün əvvəl tam sağlam görünən kök heyvanların öldüyü qeyd olunur və ya klinik sağlam heyvan getdiyi yerdə birdən -birə yıxılır, iflic əlamətləri görünür və qısa vaxt ərzində ölür. Belə cəsədlərdə hiperemiya, konyuktivit, timpaniya, ağızdan köpüklü selik axması qeyd olunur. Bədən temperaturu normada və ya normadan azca artıq olur.

İti gedişli forma bədən temperaturunun 40-41°C-ə yüksəlməsi, ölgün hal, yemdən imtina, nəbz və tənəffüsün güclənməsi, ağız və burundan köpük axması ilə xarakterizə olunur. Bəzi hallarda qanlı ishal, tez-tez sidik buraxma, timpaniya, koliklər də baş verir. Belə xəstələr çətinliklə hərəkət edirlər. Sinir sisteminin pozğunluqları da inkişaf edə bilir. Xəstələr güclü boğulma əlamətləri ilə 8-14 saat, bəzən isə 3-4 gün ərzində ölürlər.

Diaqnozu. Diaqnoz kompleks üsulla qoyulur, epizootoloji məlumatlar, klinik əlamətlər, patoloji-anatomik dəyişikliklər və laborator müayinələrinin nəticələri nəzərə alınır. Laboratoriya analizləri həlledici rol oynayır. Lakin onun nəticələrinin düzgünlüyü patoloji materialın laboratoriyaya qısa vaxt ərzində çatdırılmasından və kompleks laboratoriya müayinələrinin tam yerinə yetirilməsindən asılı olur. Laboratoriyaya yeni ölmüş qoyun cəsədi və ya onun daxili orqanları göndərilir.

Bradzotu aşağıdakı oxşar xəstəliklərdən fərqləndirmək lazımdır:

-qarayara zamanı şişmiş dalağın pulpası yumşalmış və şorvari konsistensiyalı olur;

-yoluxucu enterotoksemiyada bradzotdan fərqli olaraq qaraciyər şişmiş, şirdanın selikli qişasında iltihab və yaralar inkişaf etmir;

-pasterellyoz yarımiti və xroniki gedişli olmaqla, septiki proses və ağciyərlərin iltihabı ilə fərqlənir;

-emkar laborator müayinələrin nəticəsi ilə fərqləndirlir;

-zəhərlənmələr yemlərin, otlaqların və suyun analiz edilməsi, zəhərli mənbələrin ortaya çıxarılması ilə təfriq edilir, zəhərlənmələr zamanı mədə-bağırsağın selikli qişasının altında çoxlu sayda qan sağıntıları əmələ gəlir;

-piroplazmozu qan yaxmalarını mikroskopiya edərək, eritrositlərin tərkibində parazitləri tapmaqla bradzotdan fərqləndirmək olar.

Bütün hallarda tam bakterioloji müayinə aparılmalıdır.

Müalicəsi. Xəstəliyin ildırımvari gedişində müalicə səmərə vermir. Davamlı formasmda isə antibiotiklərdən biomitsin, sintomitsin, tetramitsin tətbiq edilir.

Hazırda bradzota, infeksion enterotoksemiyaya, qoyunların yaman şişi və quzulann anaerob dizenteriyasına qarşı polivalent qatılaşdırılmış alüminium-hidroksidli vaksin (F.Kaqan, A.Kolesova) məcburi peyvənd zamanı 12-14 günlük fasilə ilə, profılaktiki peyvənd zamanı isə 20-30 günlük fasilə ilə 2 dəfəyə əzələarasına vurulur.

Qoyunlann klostridiozlarma qarşı Y.Kirillova və F.Kaqan tərəfındən polianatoksin hazırlanmış və geniş şəkildə istifadə edilir. R.Qədimov tərəfindən qarayara, çiçək və anaerob infeksiyalara qarşı kompleks vaksinasiya üsulu təklif olunmuşdur.

Profilaktika və mübarizə tədbirləri. Bradzotun spesifık profilaktikası üçün bir sıra vaksinlər tətbiq edilir. Geniş surətdə hazırda bradzot, yoluxucu enterotoksemiya, yaman şiş və quzuların dizenteriyasına qarşı polivalent alüminium hidroksidli konsentrasiyalaşdırılmış vaksin istifadə olunur. Vaksin əzələ daxili, iki dəfəyə məcburi hallarda 12-14 gün, profilaktika məqsədilə isə 30 gün intervalla tətbiq olunur. Profilaktiki vaksinasiya erkən yazda və payızda aparılır. İmmunitet 14 günə formalaşır və 6 ay davam edir. Qoyunlarda qarayaraya, bradzota, çiçəyə və yoluxucu enterotoksemiyaya qarşı kompleks vaksinasiya üsulu təklif olunmuşdur, həmçinin qoyunlann klostridiozlarına qarşı polianatoksin tətbiq olunur.

Bradzotun profilaktikası məqsədilə otlaqların və su mənbələrinin təmizliyi, baytar-sanitar vəziyyəti nəzarətdə saxlanılmalıdır. Bradzot qeyd olunan bütün məntəqələr nəzarətə götürülür və vaksinasiya işləri yerinə yetirilir.

Bradzotla qeyri-sağlam təsərrüfatlarda məhdudiyyətlər qoyulur, onlardan heyvanların giriş və çıxışı qadağan olunur, törədicinin yayılma ehtimalı olan otlaqlarda qoyunlarn qırxılmasına və belə otlaqlardan yem hazırlanmasına icazə verilmir. Xəstə və şübhəli heyvanlar dərhal təcrid edilir, şağlamları tövlə şəraitinə keçirib vaksinasiya edirlər.

Xəstələrin əvvəlcə yerləşdiyi binalarda dezinfeksiya işləri aparılır. Xəstə qoyunların ətindən istifadə etmək olmaz, onların dərisini soymaq, yununu qırxmaq, südünü sağmaq olmaz. Ölmüş heyvanları dərisi üstündə yandırmaq lazımdır. Dərini yalnız diaqnostika məqsədilə soymaq olar, bunu da xüsusi yerlərdə ehtiyat tədbirlərinə əməl etməklə yerinə yetirmək lazımdır.

29.03.2017
1343

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər