RİNOPNEVMONİYA - ATLARIN VİRUSLU BALASALMASI

A+
A
A-

 

 

İti gedişli kontagioz xəstəlikdir, müxtəlif klinik əlamətlərlə səciyyələnir: tənəffüs orqanlarının, mərkəzi sinir sisteminin, cinsi orqanların pozğunluqları, boğaz atlarda isə balasalma və s.

Törədicisi. Herpesvirus ailəsinə aid olan virusdur. DNT-yə malikdir, yağ məhlullarına (efir, xloroform), temperaturaya, turş mühitə həssasdır. Ölçüləri 120-200 nm-dir.

Epizootologiyası. Atlar və digər təkdırnaqlı heyvanlar həssasdırlar. Törədicinin mənbəyi xəstə heyvanlar hesab olunur.

Törədici sağlam təsərrüfatlara kənardan virusdaşıyıcılar tərəfindən gətirilir. Virus qanda, burun seliyində yayılır, aerogen yolla yoluxur. Balasalma baş verdikdə dölətrafı pərdə və onun tullantılarının tərkibində virus ətrafı çirkləndirir.

Həssas ilxıda bütün heyvanlar az vaxt ərzində tam yoluxurlar, boğaz heyvanlar arasında balasalma yüksək həddə qeyd olunur, çox vaxt ölü və yaşama qabiliyyəti olmayan xəstə balalar doğulur. Balasalma 90%-ə çata bilər ki, bunların əksəri yanvar, fevral, mart aylarında baş verir.

İmmunitet. Balasalan atlarda 2-3 illik immunitet yaranır. Bir illiyədək olan cavanlarda isə immunitet cəmi 1-3 ay davam edə bilər. Sonra- kı dövrdə isə bu heyvanlar bir neçə dəfə yoluxa bilərlər. Xəstəliyin spesifik profilaktikası üçün diri kultural vaksin istifadə olunur.

Klinik əlamətləri. Xəstəliyin aşağıdakı formaları var: respirator, sinir-paralitik, genital.

Genital formada inkubasiya dövrü 2-3 sutka davam edir. Xəstələrin bədən temperaturu 39,5-40,5°C-dək yüksəlir. Konyuktivit inkişaf edir, serozlu rinit, tezləşmiş tənəffüs və nəbz qeyd olunur, qırtlağın divarı şişir, föllikulit, səthi öskürmə əmələ gəlir. İkiımlı infeksiya kimi pnevmoniya və bronxopnevmoniya baş verə bilir.

Rinopnevmoniya virusu nəticəsində balasalma adətən boğazlığm ikinci yarısında - 7-10-cu aylarda baş verir. Bəzi hallarda balasalma 70-80% təşkil edir. Balasalmadan əvvəlki günlərdə atlar sağlam görünür, xəstəlik əlamətləri müşahidə olunmur və balasalma sanki qəflətən baş verir. Balasalmadan əvvəl və sonra iştaha normal saxlanır, temperatur yüksəlmir. Sonun ləngiməsi qeyd olunmur.

Sinir-paralic forması bala salmış heyvanların 1-2%-də rast gəlinir. Bəzi hallarda ətrafların, quyruğun, üz sinirinin paralic və parezləri, ağır hallarda isə letalla nəticələnən ümumi paralic baş verir. Sərbəst xəstəlik kimi bu forma cavan atlarda inkişaf edir.

Genital forma cinsiyyət orqanlarında ekzantema ilə səciyyələnir. Çox vaxt cütləşmə dövründə qeyd edilir.

Patoloji-anatomik dəyişikliklər. Yuxarı tənəffüs orqanlarının kataral iltihabı, konyuktivit, faringit, follikulit müşahidə olunur. Ağır gedişdə ağciyərlərdə şiş, kataral pnevmoniya, oynaq ətraflarında birləşdirici toxumanın infiltrasiyası baş verir. Görünən selikli qişalar hiperemiyalı, göyümtül tünd qırmızı rəngdə olur. Ağciyərdə, epikardda qan sağıntıları tapılır. Döş boşluğunda ürək kisəsində sarımtıl və ya qırmızı rəngli maye müşahidə olunur. Salınmış balanın qaraciyəri şişkin, tünd rəngli olur. Dalaq böyümür, böyrəklər qanla dolur, yem borusu, mədə və bağırsaqlarda kataral və ya hemorroji iltihab tapılır.

Diaqnostika. Boğaz atlarda balasalma qeyd olunursa, aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: Balasalmaların sayının get-gedə çoxalması, salınan balanın yaşı, patoloji-anatomik dəyişikliklər (dərialtı toxumanın şişkinliyi və sarılığı, gözlərin, burunun, ağız boşluğu və mədə-bağırsaq traktı orqanlarının hiperemiyası) və s.

Rinopnevmoniyanın diaqnostikası laboratoriya üsulları əsasında aparılır. Bu xəstəliyi qripdən, viruslu artritdən, paratifli balasalmadan vətoksikozlardan fərqləndirmək lazımdır.

Qrip ilxıda daha sürətlə yayılır, kontagiozluq çox yüksəkdir, quru ağrılı öskürəklə davam edir, balasalma olmur.

Salmonellyoz etiologiyalı balasalmalar boğazlığın müxtəlif dövlərində baş verə bilər və viruslu balasalmalarda rast gəlinməyən döl pərdəsində ləkə və noqtəşəkilli qan sağıntıları, nekroz ocaqlar (xorionda daha çox olur) görünür. Dölün orqanizmində septiki xarakterli dəyişikliklər inkişaf edir. Laboratoriyalarda baladan salmonellalar asanlıqla ayrılır.

Müalicəsi. Konkret müalicə üsulu işlənməyib. Xəstəliyin ilk mərhələlərində hiperimmun antiserum, rekonvalessentlərin qanı və ya serumun yeridilməsi müsbət nəticə verə bilər. İkincili bakterial infeksiyanın inkişaf etməməsi üçün antibiotiklərdən, sulfanilamid preparatlarından istifadə etmək lazımdır.

Profilaktika və mübarizə tədbirləri. Xəstəlik baş verdikdə təsərrüfatda qadağalar qoyulur. Atların gətirilməsi və ya aparılmasına icazə verilmir. Bala salmış atlar təcrid edilir, atılan bala, döşəmə materialı yandırılır, bina dezinfeksiya edilir.

Spesifik profilaktika üçün diri və inaktivləşdirilmiş vaksinlərdən istifadə olunur. Vaksin 3-4 ay intervalla iki dəfəyə vurulur. Boğaz atlar boğazlığın 2-3 və 6-7-ci aylarında immunizasiya olunur.

05.05.2017
627

Nəşrlər

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

Bannerlər