Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalamaq səlahiyyətinin verilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

A+
A
A-

 

 

 

1. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İrşad Nadir oğlu Əliyevə verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İrşad Nadir oğlu Əliyevə verilməsi barədə İran İslam Respublikası Hökumətinə müvafiq bildiriş göndərsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2002-ci il 
№ 924

17.05.2002
1037

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər