2003-cü il fevralın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Balıqçılıq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Protokol"un

A+
A
A-

 

təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2003-cü il fevralın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Balıqçılıq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən protokolun həyata keçirilməsini təmin etsin.

Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 1362

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Balıqçılıq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında

 PROTOKOL

 

 Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Balıqçılıq Nazirliyi,

 iki ölkə arasında baytarlıq sahəsində əməkdaşlığın əsasını qoymaq və onu inkişaf etdirmək, heyvan, heyvan mənşəli məhsullar, heyvanların genetik məhsullarının mübadiləsi məqsədi ilə,

 aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

 Tərəflər hər iki ölkədə heyvan xəstəliklərinin baş verməsini və yayılmasını aradan qaldırmaq və istehlakçıları yüksək keyfiyyətli ət və heyvan  mənşəli məhsullarla təmin etmək məqsədi ilə heyvanların sağlamlığı, ət və heyvan mənşəli məhsulların gigiyenası sahəsində əməkdaşlıq  edəcəklər.

 

Maddə 2

 

 Bu Protokol əsasında Tərəflər üzərlərinə aşağıdakı öhdəlikləri götürürlər:

 1. Baytarlıq sahəsində, xüsusilə aşağıdakı məsələlərlə bağlı elmi və texniki sənədlərin mübadiləsini təmin etmək:

 yoluxucu xəstəliklərlə bağlı vəziyyət;

 heyvanların kəsilməsi, ət və heyvan mənşəli məhsulların hazırlanması və nəql edilməsi.

 2. Bir-birinə heyvanların sağlamlığı, ət və heyvan mənşəli məhsulların gigiyenası, işçilərin ixtisaslarının artırılması sahəsində qarşılıqlı  mübadiləsini təmin etmək.

 3. Özəl sektorla, xüsusilə də baytarlıq mütəxəssisləri ilə iş də daxil olmaqla, mərkəzdə olduğu kimi, yerlərdə də baytar xidmətləri  strukturunun yaradılması və işləməsi sahəsində təcrübə və fikir mübadiləsini təmin etmək.

 

Maddə 3

 

 Tərəflər qarşılıqlı şəkildə və dərhal bir-birini Beynəlxalq Epizootik Büronun, Beynəlxalq Baytarlıq Məcəlləsinin «A» siyahısında olan hər  hansı bir xəstəliyin, eləcə də Tərəfləri maraqlandıra biləcək hər hansı başqa yoluxucu xəstəliyin əmələ gəlməsi barədə məlumatlandırırlar. Bu  halda, xəstəliyin əmələ gəldiyi yer və onun miqyası, epidemioloji göstəriciləri, eləcə də xəstəliyə nəzarət və onun aradan qaldırılması üçün  görülmüş tədbirlər barədə Tərəflər bir-birinə öz təşəbbüsü ilə məlumat verir.

 

Maddə 4

 

 Tərəflər qarşılıqlı razılaşma ilə, illik proqram əsasında, bir-birinə nümayəndə heyəti göndərə, işçi qrupları yarada, öyrənmə səfərləri,  təcrübələr və bu Protokolun yerinə yetirilməsini asanlaşdıracaq hər cür tədbirlər təşkil edə bilər. Bu cür tədbirlərin təminatı Tərəflərin  imkanları əsasında müəyyən edilir.

 Tərəflər xüsusi məsələlərlə bağlı da razılaşmalar imzalaya bilərlər. Bununla bağlı, Bakıda 2001-ci il dekabrın 1-də və 2002-ci il dekabrın 2-də  Tərəflər arasında imzalanmış Baytarlıq Sertifikatları bu Protokola qoşulmuşdur və onun ayrılmaz tərkib hissəsini təşkil edir.

 

Maddə 5

 

 Bu Protokolun təfsiri və yerinə yetirilməsinə dair mübahisələr danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcək.

 

Maddə 6

 

 Bu Protokola Tərəflərin razılığı ilə, onun tərkib hissəsi olan ayrı-ayrı protokollarla dəyişikliklər edilə bilər.

 

Maddə 7

 

 Bu Protokol Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə toxunmur.

 

Maddə 8

 

 Bu Protokol imzalandığı gündən qüvvəyə minir və qeyri-müəyyən müddətə bağlanır və Tərəflərdən biri onu ləğv etmək barədə 6 ay əvvəl  yazılı müraciət etməzsə, qüvvədə qalır.

 Bakı şəhərində, 2003-cü il fevralın 21-də fransız və Azərbaycan dillərində, hər ikisi eyni qüvvəyə malik olmaqla, hər dildə iki nüsxədə  imzalanmışdır.

 

Fransa Respublikası Kənd Təsərrüfatı,

Ərzaq və Balıqçılıq Nazirliyi adından

 

Fransa Respublikası Kənd Təsərrüfatı,

Ərzaq və Balıqçılıq naziri əvəzinə

Fransanın Azərbaycandakı səfiri

xanım Şantal PUARE

Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi adından

 

Kənd Təsərrüfatı

naziri

cənab İrşad ƏLİYEV

21.03.2003
504

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər