SENOTAİNOZ

A+
A
A-

 

 

Senotainoz əsasən uçuş arılarının parazitar xəstəliyidir.

Törədicisi. Xəstəliyin törədicisi boz ət milçəyi ailəsindən olan parazit milçək senotainia tricuspis sürfələridir.

Əlamətləri. Milçəyin dişiləri yay vaxtı pətəyin yaxınlığında gizlənərək arı uçduğu zaman ona hücum edib baş-döş nahiyəsinə sürfələrini yapışdırırlar. Sürfə arının kutikulasını deşərək daxili orqanlarına keçib qarın və başın əzələlərini məhv edir və arının yalnız boş xitin skeleti qalır. Senotaina sürfələri ilə yoluxmuş arılar 2-9 günədək tələf olurlar.

Xəstə arılar uçma qabiliyyətini itirir, pətək ətrafında sürünür, qanadları əyilir (bu xarakterik əlamətdir), xəstə arı sağalmır. Senotaina sürfələri ölmüş arı cəsədində inkişafını davam etdirir. Buna görə də sanki ölü arının hərəkəti nəzərə çarpır. Halbuki senotaina sürfələri ölmüş arı cəsədində hərəkət edirlər. Xəstəliyin nişanələri tədricən görünməyə başlayır. Parazit sürfə əvvəlcə arının hemolim-fasım sorur, sonra əzələ liflərini zədələyir. Parazit döş qəfəsəsi orqanlarını yedikdən sonra qarın boşluğu orqanlarına keçir.

Diaqnozu. Senotainoza diaqnoz onu törədən milçəkləri arıxanada tapmaqla xəstə və ölmüş arıların döş boşluğunda milçəyin sürfələrinin tapılmasına əsasən qoyulur. Diaqnoz üçün xəstə və ölmüş arı nümunəsi laboratoriyaya spirtdə, yaxud balın içərisində göndərilir. Arının döş qəfəsəsini açarkən orada milçəyin hərəkət edən sürfələri görünür.

Mübarizə tədbirləri. Əsas mübarizə tədbiri yaşlı milçəkləri məhv etməkdən ibarətdir. Hər gün arıxanada xəstə və ölmüş arılar yığılıb yandırılır. Senotaina sürfələrini məhv etmək üçün arıxanada 20 sm dərinliyində kiçik çuxur qazılır, həmin çuxura senotaina sürfəsi ilə yoluxmuş arılar toplanır. Buradan da onları yığıb yandırmaq lazımdır. Senotaina milçəyini məhv etmək üçün pətəklərin üstünə tərkibində 0,5% xlorofos olan 1%-li su-nişasta suspenziyası çəkilmiş qalın kağız vərəqi qoyulur. Arılar pətəyin üstünə qonmadıqlarına görə xlorofos onlara ziyan toxundurmur.

29.01.2017
923

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər