Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq.....

A+
A
A-

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırması

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682; 2007, № 12, maddə 1218; 2008, № 2, maddə 49, № 5, maddə 344; 2009, № 12, maddələr 948, 968) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddə üzrə:

1.1. adında və mətnində ismin müvafiq hallarında "müfəttişləri" sözü "orqanları" sözü ilə əvəz edilsin;

1.2. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.1. Dövlət baytarlıq nəzarəti orqanları baytarlıq nəzarətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin, o cümlədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:";

1.3. 13.4-cü maddə ləğv edilsin.

2. 39.2.1-ci maddədə "nəzarət" sözü "keyfiyyətin müəyyən edilməsi" sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2014-cü il.

03.12.2016
856

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər