Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası

A+
A
A-

 

 

Bu gün fəaliyyətdə olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin strukturuna daxildir. Ekspedisiyanın əsas vəsifəsi ölkə daxilində mal-qara və quşlar arasında baş verən infeksion və invazion xəstəliklərin aradan qaldırılması üçün profilaktiki tədbirlərin işlənib hazırlanmasında iştirak etmək, rayonların epizootiki və baytarlıq-sanitariya vəziyyətini öyrənmək, heyvan və quşlar arasında yoluxucu və invazion xəstəliklər baş verdikdə onların tez bir zamanda ləğv edilməsi üçün baytarlıq-sanitariya tədbirlərinin görülməsinin təşkilində iştirak etməkdir. Eləcə də qurum respublikada mal-qara və quşların xəstələnməsi səbəblərini öyrənib, təhlil edib və xəstəliyin ləğv edilməsi üçün lazımi köməkliklər göstərir.

 Ekspedisiya həmçinin mal-qaranın yoluxucu və invazion xəstəliklərdən qorunması üçün tərtib olunmuş epizootiki və baytarlıq-sanitariya sahəsində profilaktiki tədbirlərinin icrasına nəzarət edilməsinə göməklik göstərməklə görülən işlər və onun nəticələri barəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə mütəmadi məlumatlar verir.

 

 

Əlaqə:

 

Telefon: 563-41-36;

 

Faks: 563-41-36

 

epreks@vet.gov.az

 

15.01.2017
1863

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər