Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbriki

A+
A
A-

 

ƏZİZ DOSTLAR! HÖRMƏTLİ HƏMKARLAR!

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi Sizləri qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir. Sizlərə uğurlu həyat, sağlam gələcək, çətin, lakin  şərəfli və dəyərli işlərinizdə müvəffəqiyyətlər arzulayır.

Hər yeni il yeni təzələnən ümidlərin, çoxalan sevgilərin xəbərçisidir. 2016-cı il də belə, özü də sona qədər gözəl və dəyərli olsun. Bu yeni ildə də hər şeyin könlünüzcə olmasını arzulayır və bütün gözləntinizin gerçəkləşməsini diləyirik.

Arzu edirik ki, dünya Azərbaycanlılarının həmrəyliyi bundan sonra daha sarsılmaz olsun və bu birlik dövlətimizin və xalqımızın inkişafına öz töhfələrini versin.

Bu gözəl bayramlarınız bir daha mübarək olsun!

 

Sizə böyük hörmətlə,

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət

Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi

 

25.12.2015
584

Nəşrlər

  • 02(300) 20 fevral 2019-cu il

  • 01(299) 29 yanvar 2019-cu il

  • 18(298) 20 dekabr 2018-ci il

  • 17(297) 14 noyabr 2018-ci il

Bannerlər