Nazir Heydər Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda səfərdə olub

A+
A
A-

 

 


May ayının 22-25 tarixllərində Azərbaycan Respublika- sının kənd təsərrüfatı naziri Heydər Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanın kənd təsərrüfatı və ətraf mühit naziri Şandor Fazekaşın dəvəti ilə bu ölkədə üç günlük səfərdə olub. Səfər zamanı iki ölkənin kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib və aqrar sahədə iki tərəfli əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb. Macarıstanın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyində təşkil olunan biznes-forumda azərbaycanlı və macar iş adamları dənli bitkilər, toxumçuluq, cins maldarlıq, ət və süd istehsalı, emal sənayesi və s. sahələrdə gələcək birgə əməkdaşlıq yollarını müzakirə ediblər. Ölkəmizə olan böyük maraq nəticəsində biznes-forumda 60-dan çox macar şirkətinin nümayəndəsi iştirak edib.
Səfər çərçivəsində Nazir Heydər Əsədov Avropanın ikinci ən böyük quşçuluq müəssisəsi sayılan Tetra Ltd. kombinatında, qabaqcıl texnologiya əsasında qurulmuş toxumçuluq mərkəzi “Mezofalva Kft”-də, cins heyvandarlıq üzrə ixtisaslaşan “Hunland Kft”-də olub, Azərbaycanla əməkdaşlığa maraq göstərən bu iri istehsalat birliklərinin işi ilə tanış olub, mütəxəssislərlə ətraflı fikir mübadiləsi aparıb.
Həmçinin Azərbaycanlı iş adamları ilə macar həmkarları arasında bir sıra sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı ilkin müzakirələr aparılıb, bəzi niyyət protokolları imzalanıb.

26.05.2016
637

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər