Bakıya satış məqsədi ilə gətirilən mənşəyi məlum olmayan heyvan cəmdəkləri saxlanılmışdır

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı nəzarət tədbirlərini davam etdirir.

İyunun 19-da gecə saat 2-3 radələrində alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Bakı şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd  keçiriblər.

Keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış məqsədi ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndindən Cəfərov Afdandil Əli oğlunun idarə etdiyi  “Ford Transit” markalı 09-BX-550 dövlət nömrə nişanlı avtomaşında gətirilən, Məmmədov Etiqam Pənah oğluna məxsus mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, 320 kq miqdarında, 12 şaqqaya ayrılmış, 3 baş heyvan cəmdəyi və daxili orqanlar aşkar edilmişdir.

Avtomaşına baxış keçirilən zaman yük maşının çirkli, soyuducu sistemi və ətlərin asılması üçün qarmağın(çəngəlin) olmadığı, eləcə də ətlərin baytarlıq-sanitariya tələblərinə cavab vermədiyi, antisanitar şəraitdə, üst-üstə tökülmüş vəziyyətdə və daxili orqanların qida üçün gigiyenik olmayan plastik qablara yığılmş formada daşındığı müəyyən olunmuşdur.

Heyvan cəmdəklərinin  orqonoleptik göstəriciləri qida üçün şübhə doğurduğundan avtomobil Respublika Baytarlıq Laboratoriyasının həyətinə gətirilmiş, cəmdəklərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təqdim olunmuşdur.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

19.06.2016
572

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər