Nazir Heydər Əsədov BMT-nin Rezident əlaqələndiricisi Qulam İsaqzai ilə görüşüb

A+
A
A-

 

 

İyunun 23-də nazir Heydər Əsədov BMT-nin Azərbaycan üzrə yeni təyin olunmuş Rezident Əlaqələndiricisi Qulam İsaqzai ilə görüşüb.

Nazir Heydər Əsədov qonağı səmimi salamlayaraq, bu vəzifəyə təyin olunması ilə əlaqədar onu təbrik edib, fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar və kənd təsərrüfatı istehsalçılarına yaradılan şərait, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması barədə geniş məlumat verib.

Nazir Heydər Əsədov Azərbaycan və BMT arasında münasibətlərin inkişafında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rolunu xüsusi vurğulayıb. Belə ki, FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan Hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində FAO-dan dəstək alıb.

Eyni zamanda, nazir FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın 2015-ci ildə ölkəmizə səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kənd təsərrüfatı, xüsusilə də ekologiya sahəsindəki xidmətlərinə görə FAO-nun xoşməramlı səfiri təyin edilməsindən məmnunluğunu ifadə edib.

Qulam İsakzai öz növbəsində, səmimi qəbula və təbriklərə görə təşəkkürünü bildirib, fəaliyyət müddəti ərzində digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də BMT ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə töhvə verəcəyinə əminliyini ifadə edib.

23.06.2016
569

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər