Dövlət Baytarlıq Nəzarəti Xidməti AÇIQ TENDER ELAN EDİR

A+
A
A-

 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti
2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin sahə baytarlıq məntəqələri üçün baytarlıq avadanlıqlarının və ləvazimatların satınalınması məqsədilə
AÇIQ  TENDER ELAN  EDİR


Tender 1 (bir) lot üzrə keçirilir:
Lot-1: Rayon baytarlıq idarələrinin sahə baytarlıq məntəqələri üçün baytarlıq avadanlıqlarının və ləvazimatların satınalınması.
Tender proseduru 15 sentyabr 2016-cı il saat 15.00 -da iddiaçıların və onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, məhəllə 3123).
Avadanlıqların və ləvazimatların satınalınması büdcə və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir. Tələb olunan mallar tenderin qalibi olmuş iddiaçı tərəfindən yerlərə çatdırılmaqla 2016-cı il dekabrın 30-na kimi təhvil verilməlidir.
Tenderdə iştirak etmək istəyənlər, tenderin əsas şərtlər toplusunu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin hesabına lot üçün 150 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra şərtlər toplusunu tender komissiyasının əlaqənləndiricisi M.İ.Allahverənovdan ala bilərlər, telefon: (+99412) 562-97-72 Faks: (+99412) 562-66-06
 Dövlət Xəzinadarlığı Agentliyi 7-ci fond
 Kod: 210005
 VÖEN: 1401555071
 M/H: AZ 41 NABZ 01360100000000003944
 S.W.İ.F.T BİK CTREAZ22
 Vəsaiti alan: Dövlət Baytarlıq Nəzarəti Xidməti
İBAN: AZ 27 CTRE  00000000000002577701
 VÖEN: 1500504901
 Büdcə səviyyəsi kodu-7
Büdcə təsnifatı kodu:142340
Tenderdə iştirak haqqı geri qaytarılmır.

 Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon 3123-cü məhəllə, Dövlət Baytarlıq Nəzarəti Xidməti.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanacaqdır. Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 14 sentyabr 2016-cı il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
Zərflərin üzərinə lotun nömrəsi, əsli, surəti və 15 sentyabr 2016-cı il saat 15.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.
 İddiaçı tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə olan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.
İştirakçılar aşağıda qeyd olunmuş sənədləri 5 sentyabr 2016-cı il saat 17.00 -a kimi tender komissiyasına təqdim etməlidirlər:
 - tenderdə iştirak etmək üçün ərizə;
 - iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və lisenziyası);
 - iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və son 2 ildə aidiyyəti işlər üzrə fəaliyyətinə dair müvafiq təsdiqedici sənədlər;
- iddiaçının son iki ildə maliyyə vəziyyəti barədə bank arayışı;
 -iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;

 Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
 Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefonlar : (+99412) 562-97-72, faks: (+99412) 562-66-06 www.vet.gov.az www.tender.gov.az

Tender komissiyası

 

02.08.2016
1170

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər