"Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" layihəsinin təqdimatının Press-Relizi

A+
A
A-

 

 

2016-cı il sentyabr ayının 2-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək" tvinninq layihəsinin təqdimatına həsr olunmuş tədbir keçiriləcəkdir.

Tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə baş tutacaqdır.

"Tvinninq" layihəsinin əsas hədəfi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə DBNX-nin imkanlarını genişləndirməkdən ibarətdir.

Mərasimdə Aİ-nin Azərbaycandakı səfiri və Aİ nümayəndəliyinin, Fransanın və Macarıstanın Azərbaycandakı səfirliklərinin, Fransiz-Macar Konsorsumunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avropa Rekonstruksiya və İnkişaf Bankının (ARİB), ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA), Dünya Bankının,  ACİP layihəsinin Tvininq layihəsinin komandası, Maliyyə, Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, həmçinin Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin müvafiq strukturlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edəcəklər.

Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Tvinninq" layihəsi 2016-cı ilin 19 may tarixindən başlayıb və 2018-ci ilin may ayının 18-dək davam edəcəkdir. Layihə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Fransanın Qida, Kənd Təsərrüfatı və Kənd Əraziləri Nazirliyi, Macarıstan Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsi tərəfindən həyata keçiriləcəkdir.

Tədbir Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini cənab Seyfəddin Talıbovun açılış nitqi ilə başlayacaqdır. Mərasimdə Aİ-nin Azərbaycandakı səfiri və Aİ nümayəndəliyinin rəhbəri xanım Malena Mardın, Fransanın Azərbaycandakı səfirinin müavini xanım Fabien Dru-Lozinskinin, Macarıstanın Azərbaycandakı səfirinin müavini Dr.Laszlo Makkın, Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi Beynəlxalq Layihələrin İdarəedilməsi və FAO ilə Əlaqələr şöbəsinin əməkdaşı xanım Lilla Egrinin, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, layihənin benefisar müəssisə (BM) tərəfindən rəhbəri Azər Süleymanovun çıxışları, eləcə də Tvinninq layihəsinin tərkib hissəsi  olan 4 komponentin təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

01.09.2016
274

Nəşrlər

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

Bannerlər