​İnam Kərimov: İnstitutlarımızın tədqiqatları ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir

 

 


Kənd təsərrüfatı naziri İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) gələrək institutun yeni inzibati binasına və laboratoriyalarına, İsrailin “Breedit” şirkətinin layihəsi əsasında TETİ-də 6,14 hektar ərazidə qurulan müasir istixana və 30 hektar açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildiriblər ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri ilə görüşən nazir onlara tapşırıq və tövsiyələrini verib. Bildirib ki, institutlarımızın tədqiqatları ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.

İnstitutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.